Tramp açıqladı: "İran bütövlüklə qarışır!”

22 İyul 2019 20:15 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp İranda Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) xəfiyyələrinin həbs olunması barədə xəbərləri yalan və təbliğat kimi qiymətləndirib. ABŞ prezidenti bu barədə özünün "Tvitter" səhifəsində yazıb.

“İranın CİA casuslarını həbs etməsi ilə bağlı xəbərləri ağ yalandır. Sıfır həqiqətdir. Sadəcə, naəlac qalan və nə edəcəyi barədə fikri olmayan dini rejimin irəli sürdüyü daha bir yalan və təbliğatdır (eynilə dron vurmalarına bənzər). İqtisadiyyatları çöküb, daha da pis olacaq. İran bütövlüklə qarışır!”, - D.Tramp qeyd edib.