"Qırğızıstan-Azərbaycan əlaqələrinin köklü keçmişi var" - Əkbər Qoşalı

22 İyul 2019 16:37 (UTC+04:00)

“Bu antologiyada müstəqillik dövrü Qırğız şeirinin 35 gənc nümayəndəsinin şeirləri toplanıb. Bir neçə ziyalılarımız bu kitaba rəy, məsləhətçi və “Ön söz” müəllifi kimi öz töhfələrini veriblər. Həmçinin Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov və Milli Məclisin deputatı Cavanşir Feyziyevin də antologiya ilə bağlı təəssüratları kitabda qeyd edilib". SİA-nın məlumatına görə, bu sözləri Dünya Gənc Türk Yazarlar Birliyinin fəxri təmsilçisi Əkbər Qoşalı deyib.

O, əlavə edib ki, Qırğız-Azərbaycan ədəbi əlaqələri ilə yanaşı, ədəbi qurumlar arasında da yeni bir əməkdaşlıq yaradacaq: "Qırğızıstanla Azərbaycan arasında olan əlaqələrin köklü keçmişi var. Çünki eyni kökdən gəlirik. Sovet dövründə bir-birimizə daha yaxın olmuşuq. Amma son illərdə bu əlaqələr ortaq türk qurumları, eyni zamanda, “Kaspi” qəzetinin nüfuzlu nəşrləri sayəsində yeni bir mərhələyə keçdi”.