Altı ayda ölkəyə gələn əcnəbilərin 40 faizdən çoxu hava nəqliyyatından istifadə edib

22 İyul 2019 15:42 (UTC+04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbilərin 40,2 faizi hava nəqliyyatından istifadə edib.Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59 faizi ölkəmizə dəmir yolu və avtomobil, 0,8 faizi isə su nəqliyyatı ilə gəlib.
AZƏRTAC