İordan çayının Qərb sahillərində 19 fələstinli saxlanılıb

22 İyul 2019 15:22 (UTC+04:00)

İordan çayının Qərb sahillərində bazar ertəsinə keçən gecə İsrail əsgələrinin keçirdiyi reydlər zamanı 19 fələstinli saxlanılıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. SİA-nın verdiyi məlumata görə, həbs olunanlar sorğu üçün İsrailin Ümumi Təhlükəsizlik Xidmətinə gətirilib.