Cəlilabadda bir nəfər süni göldə batıb

22 İyul 2019 02:28 (UTC+04:00)

Cəlilabad rayonunda bir nəfər göldə boğulub.

SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumata görə, Cəlilabad rayonunun Gülməmmədli kəndində, süni göldə 1 nəfər batıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.