Konyada yol qəzası olub, 7 nəfər ölüb

21 İyul 2019 23:01 (UTC+04:00)

Türkiyənin Konya vilayətində iki avtomobilin toqquşması nəticəsində 7 nəfər ölüb.

SİA “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, hadisə nəticəsində ölən 7 nəfərdən 4-ü qadındır.

Hadisə yerində olan Ədalət və İnkişaf Partiyasının (AKP) Konya millət vəkili Əhməd Sorğun bildirib ki, qəzanın səbəbi araşdırılır.