Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı

21 İyul 2019 17:47 (UTC+04:00)

Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının fasadına vurulan aqlay daşlarının yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər daş parçalarını götürərək sakinlərin təhlükəsizliyini təmin ediblər.