Nihad Məmmədli EYOF 2019-un bürünc medalına sahib olub

21 İyul 2019 17:00 (UTC+04:00)

Heydər Əliyev adına İdman Sarayında keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) mübarizə aparan yunan-Roma güləşçilərimiz daha bir medal qazanıblar. SİA-nın məlumatına görə, Nihad Məmmədli (55 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Ateş Bekirə 9:0 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.

Bu çəki dərəcəsində qızıl medala Belarus təmsilçisi Hleb Makaranka, gümüş medala isə gürcüstanlı Romeo Beridze sahib olublar.