Birləşmiş Ərəb Əmirliklərində xurma festivalı keçirilir

21 İyul 2019 16:12 (UTC+04:00)
Вirləşmiş Ərəb Əmirliklərinin Ras-əl-Xayma əmirliyində xurma festivalına start verilib. SİA-nın AZƏRTAC-a istinadən məlumatına görə, xurma festivalını Ras-əl-Xaymanın əmiri və Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü şeyx Saud bin Sakr Al Kassimi açıb. Tədbirdə çıxış edən əmir bildirib ki, bu konkurs yerli fermerlərin dəstəklənməsi üçün gözəl fürsətdir və fermerlər ölkənin qida təhlükəsizliyinin təmin edilməsində və kənd təsərrüfatı sektorunun inkişafında böyük rol oynayır. Onun sözlərinə görə, "xurma palmaları, həmçinin Ərəb Əmirliklərinin mədəni irsinin bir hissəsidir". Qeyd edək ki, iyul ayı BƏƏ-də xurmanın yetişdiyi mövsümdür və bu meyvəyə həsr olunan festival iyulun 26-dək davam edəcək.