Güləşçilərimiz ilk qarşılaşmaları uğurla başa vurublar FOTO

21 İyul 2019 11:34 (UTC+04:00)

İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalı (EYOF) çərçivəsində keçirilən güləş yarışlarında pəhləvanlarımızın uğurlu çıxışı davam edir. SİA-nın məlumatına görə, mübarizəyə başlayan hər dörd güləşçimiz ilk qarşılaşmalarında rəqiblərini məğlub ediblər.

Sərbəst güləş üzrə təmsilçilərimiz Murad Haqverdiyev (45 kq) rusiyalı güləşçi Eldar Asakayevə, Əbülfəz Nəsirov (55 kq) Harvey Ridinqsə (Böyük Britaniya), yunan-Roma güləşi üzrə Fərid Sadıxlı Andrea Martinoya (İtaliya), Nihat Məmmədli isə Olivye Şkripçaka (Polşa) böyük hesabla qalib gəliblər.

Qeyd edək ki, yarışların ilk günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kiloqram çəki dərəcələrində qarşılaşmalar keçirilir. Güləş yarışları 3 gün davam edəcək.