Brilliant Dadaşova səs-küylü klipini təqdim etdi

21 İyul 2019 10:38 (UTC+04:00)

Xalq artisti Brilliant Dadaşova yeni klipini təqdim edib. SİA-nın məlumatına görə, "Tet-a-tet" adlanan mahnıya çəkilən ekran işində model Rüstəm Cəbrayılov rol alıb. Mahnının sözləri Həsən Babayev, musiqisi Fərid Kərimliyə aiddir. Dadaşovanın stili üzərində Elnur Həsənov çalışıb. Klipdə müğənni cəsarətli geyimləri ilə diqqət çəkib.