Türkiyə HHQ 3 PKK terrorçusunu məhv edib

21 İyul 2019 09:05 (UTC+04:00)
Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında PKK terrorçularının mövqelərinə zərbələr endiriblər. SİA-nın məlumatına görə, bu barədə ölkənin Milli Müdaifə Nazirliyindən bildiriblər. Nazirliyin məlumatında deyilir: "Türkiyə HHQ "Pəncə" əməliyyatı ilə koordinasiyada İraqın şimalında yerləşən Metina rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər. Əməliyyat zamanı 3 PKK terrorçusu məhv edilib. Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları da məhv edilib".