ABŞ-da istilərdən 6 nəfər ölüb

21 İyul 2019 08:24 (UTC+04:00)

Anormal isti hava ABŞ-ın müxtəlif ştatlarında ən azı altı nəfərin ölümünə səbəb olub.

SİA xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki,, 4 nəfər Merilenddə, bir nəfər Arizonada, daha bir nəfər də Arkanzas ştatında dünyasını dəyişib.

Bundan əlavə, isti hava şəraiti ABŞ-ın orta qərbində və şərq sahillərində 200 milyona qədər insana təsir edə bilər.

Bu bölgələrdə həftə sonu temperaturu 32 dərəcədən yuxarı qalxaraq, 37-45 dərəcə kimi hiss edilə bilər.

Daha əvvəl FEMA Federal Təcili Yardım Agentliyi xəbərdarlıq edib ki, ABŞ sakinlərinin təxminən yarısı anormal isti hava şəraitinin yayıldığı ərazisindədir.