Türkiyəli diplomatlara hücum edən ikinci terrorçu da saxlanılıb

21 İyul 2019 06:31 (UTC+04:00)

Ərbil Təhlükəsizlik İdarəsi Türkiyənin Baş Konsulluğunun əməkdaşlarına hücum edən daha bir terrorçunun saxlandığını elan edib.

SİA “sozcu.com.tr” saytına istinadən bildirir ki, türkiyəli diplomata hücum edən Məzlum Dağa yardım edən Məhəmməd Biskisiz bu gün
saxlanılıb.

Qeyd edək ki, türkiyəli diplomatlara hücum iyulun 17-də Ərbil restoranlarının birində baş verib. Nəticədə bir türkiyəli diplomat və 2 iraqlı həlak olub.