Moldovada radardan itən təyyarənin axtarışları davam edir

21 İyul 2019 02:43 (UTC+04:00)

Moldova polisi ötən gecə radardan itən yüngül motorlu təyyarənin axtarışlarını davam etdirir.

SİA yerli mətbuata istinadla xəbər verir ki, təyyarənin axtarışlarına yüzdən çox polis və xilasedici cəlb edilib.

Hüquq-mühafizə orqanları təyyarənin qəzaya uğradığını istisna etmirlər. Təyyarədə neçə nəfərin olduğu dəqiq bilinmir.