Küveytdə ABŞ hərbçisi ölüb

21 İyul 2019 01:33 (UTC+04:00)

ABŞ hərbçisi Küveytdə həlak olub.

SİA xəbər verir ki, 30 yaşlı çavuş Uilyam Edvard Friz qeyri-döyüş şəraitində həlak olub.

Qeyd edilir ki, Rokport şəhərindən olan Uilyam Edvard Frizin ölümü ilə bağlı araşdırma aparılır.

Hərbi qulluqçu İŞİD-ə qarşı müxtəlif əməliyyatlarda iştirak edib.