Çavuşoğlu və Pompeo telefonla C-400, F-35 və Suriya məsələlərini müzakirə ediblər

20 İyul 2019 23:10 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo telefon danışığı çərçivəsində Rusiyanın Ankaraya C-400 zenit-raket komplekslərinin tədarükü, Türkiyənin F-35 yeni qırıcı təyyarələrinin istehsalı proqramında iştirakı məsələlərini, həmçinin Suriyadakı mövcud vəziyyəti müzakirə ediblər.

SİA Rusiyanın “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bundan bir qədər öncə Rusiyanın C-400 sistemlərinin Türkiyəyə tədarükü başlanandan sonra Türkiyəni F-35 proqramından xaric etməsi barədə qərar qəbul etmişdi. Ankaranın sözügedən proqramda iştirakı 2020-ci ilin mart ayınadək başa çatacaq.