Türkiyədə axtarışda olan təhlükəli terrorçu zərərsizləşdirilib

20 İyul 2019 19:50 (UTC+04:00)

Türkiyə təhlükəsizlik qüvvələrinin iyulun 16-da aviasiyanın dəstəyi ilə Diyarbəkir vilayətinin Kulp rayonunda həyata keçirdikləri antiterror əməliyyatında məhv edilən 4 terrorçunun şəxsiyyəti müəyyən edilib. Onlardan biri Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub.

SİA xəbər verir ki, “Sorhin Eruh” ləqəbli qadın terrorçu Meryem Aksunun axtarışına 600 min lirə (təxminən 110 min ABŞ dolları) vəsait ayrılmışdı. O, Türkiyə dövlətinə qarşı bir sıra ağır cinayətlərdə ittiham olunurdu.