Dilənçiliklə məşğul olan 22 nəfər saxlanılıb

20 İyul 2019 13:57 (UTC+04:00)

Bakıda avaraçılıq və dilənçiliklə məşğul olanlar saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində avaraçılıq və dilənçiliklə məşğul olduqlarına görə 22 nəfər saxlanılıb. Onlardan 7-i qadın, 13 nəfəri isə azyaşlıdır.