Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi qeyd edilib

20 İyul 2019 15:16 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli və 2 nömrəli filialı Bibiheybət Mədəniyyət evi ilə birgə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı fotostend və dəyirmi masa təşkil edib.

Baş İdarədən SİA-ya bildirilib ki, əvvəlcə oxuculara Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizin taleyində və inkişafında böyük rolu və xidmətləri haqqında geniş məlumat verilib. Qeyd edilib ki, görkəmli dövlət xadimi Heydər Əliyev 14 iyul 1969-cu il tarixində Azərbaycan Respublikasında dövlət rəhbərliyinə gəlib. Həmin tarixdən bizi ayıran ötən 50 ilin parlaq və şanlı səhifələri Ulu Öndərin mənalı və şərəfli ömür yolu ilə bağlıdır. Heydər Əliyev Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri və müstəqil dövlətçiliyinin rəmzidir.

Sonda Ümummilli Liderin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş videoçarx göstərilib, şeirlər səsləndirilib.