Binəqədidə 2 otaqlı ev yanıb

20 İyul 2019 12:06 (UTC+04:00)

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün və tavanının yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.