Mərkəzi Bank 150 milyon manat cəlb edir

20 İyul 2019 11:56 (UTC+04:00)

İyulun 22-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. SİA-nın AMB-yə istinadən məlumatına görə, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,51-8,49 faiz təşkil edir.