İranda turistləri daşıyan "pikap" aşdı Ölən və yaralananlar var

20 İyul 2019 10:24 (UTC+04:00)

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Nişapur rayonunun Xərv şəhərində turistləri aparan "pikap" avtomobili aşıb. SİA-nın verdiyi məlumata görə, bunu İranın Rəzəvi Xorasanı vilayətinin Nişapur rayonunun Fövqəladə hallar və təcili yardım mərkəzinin direktoru Qasım Müşar Müvəhhid deyib.

Q.Müvəhhidin sözlərinə görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 24 nəfər yaralanıb. Müvəhhid əlavə edib ki, hadisə yerinə 5 ədəd təcili yardım maşını ezam olunub. Qeyd edək ki, Nişapur rayonunun 450 min nəfər əhalisi var.