Futbol üzrə Afrika Millətlər Kubokunun qalibi Əlcəzair millisi olub

20 İyul 2019 03:46 (UTC+04:00)

Futbol üzrə Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.

SİA xəbər verir ki, Misirdə təşkil olunan tunirin həlledici matçında Seneqal və Əlcəzair yığmaları qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Əlcəzair 2-ci dəqiqədə vurduğu yeganə qolla qalib gəlib.


Qeyd edək ki, Əlcəzair 2-ci dəfədir bu kuboku qazanır. Şimali afrikalılar 1990-cı ildə də qitə çempionu olub.

19 iyul

Seneqal – Əlcəzair 0:1
Qol:
Bunedjah, 2