Paşayevin növbəti oyunu

20 İyul 2019 05:19 (UTC+04:00)

Millimizin üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" Bolqarıstanda təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunu keçirib.

SİA xəbər verir ki, Ukrayna təmsilçisi "Altın Asır"la (Türkmənistan) qarşılaşıb və 5:0 hesabı ilə qalib gəlib.

P.Paşayev start heyətdə meydana daxil olub və 62-ci dəqiqədə Evqen Protasovla əvəzlənib.