Moskvada yuniorlar arasında Bədii gimnastika üzrə dünya birinciliyinin açılış mərasimi keçirilib

20 İyul 2019 02:00 (UTC+04:00)

İyulun 19-da Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın şəxsi dəvəti ilə yuniorlar arasında bədii gimnastika üzrə dünya birinciliyinin açılış mərasimində iştirak edib.

SİA Azərbaycanın Rusiyadakı Səfirliyinə istinadən bildirir ki, Rusiyanın İdman və Gənclər Siyasəti Naziri Olqa Qolodets Prezident Vladimir Putinin tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub.

Dünyanın 62 yığma komandasının, o cümlədən Azərbaycan gimnastlarının qatıldığı çempionatın açılışında Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiyanın Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova və Beynəlxalq Olimpiya Komitəsinin Yaponiyadan olan nümayəndəsi Morinari Vatanabe çıxış ediblər.