Ağstafada 35 yaşlı kişi döyülüb

19 İyul 2019 23:02 (UTC+04:00)

Ağstafa rayonunda 35 yaşlı kişi mübahisə zəminində döyülüb. "Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Dağ Kəsəmən kənd sakini, 1984-cü il təvəllüdlü İsrafil Ocaqverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.