Naxçıvan əhalisinin sayı artıb

19 İyul 2019 18:20 (UTC+04:00)

Muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərib. SİA xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, əhalinin sayı bir il öncəyə nisbətdə 3,3 min nəfər artaraq 1 iyun 2019-cu il tarixə 457,3 min nəfər olub.