AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb

19 İyul 2019 16:18 (UTC+04:00)

Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, professor Səttar Möhbalıyev Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Mükafat Komitəsinin (Cenevrə, İsveçrə) qərarı ilə görkəmli mütəfəkkir Qotfrid Vilhelm Leybnis Medalı ilə təltif edilib və o, “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb. Bu barədə SİA-ya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından məlumat verilib.

Səttar Möhbalıyev medala və fəxri ada Azərbaycan Respublikasının inkişafındakı xidmətlərinə görə layiq görülüb.