Naxçıvanda meşəsalma və meşəbərpa işləri aparılıb

19 İyul 2019 15:58 (UTC+04:00)

Bu ilin ilk yarım ilində Naxçıvan Muxtar Respublikasında 183,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 107 mindən artıq ağac və gül kolu əkilib. SİA xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Babək rayonunda Naxçıvan Yaşıllaşdırma Xidmətinin tingçilik sahəsi üçün yeni kompleks və “İqlim otağı”, ətraf mühitin mühafizəsi məqsədilə Sədərək rayonunda Su monitorinq laboratoriyası yaradılıb.