S-400 komponentləri cədvəl üzrə Türkiyəyə tədarük edilir

19 İyul 2019 16:11 (UTC+04:00)

Rusiyadan alınan S-400 hava müdafiə sistemləri komponentlərinin Türkiyəyə çatdırılması planlaşdırılmış cədvələ uyğun olaraq davam edir. SİA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verib.

Qeyd edək ki, 2017-ci ilin dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 hava müdafiə raket sistemlərinin tədarükü ilə bağlı Rusiya ilə müqavilənin imzalanacağını açıqlamışdı.