Ermənistan təşviş içindədir

19 İyul 2019 14:49 (UTC+04:00)

İstintaq Komitəsinin xüsusi əhəmiyyətli vəziyyətlərin araşdırılması üzrə Baş İdarəsinin apardığı istintaq işi üzrə İcevan şəhərində etiraz aksiyası zamanı polis əməkdaşları və birbaşa iştirak edən şəxslərə qarşı zor tətbiq edilməsinin və xuliqanlıq əməllərinin, ümumiyyətlə, zorakılığın səbəblərini aydınlaşdırmaq üçün lazımi miqyaslı istintaq və prosessual tədbirləri davam etdirilir. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti "Armenpress" qəzetinə məlumat verib.

Məlumata görə, insidentlə əlaqədar 22 nəfər istintaqa cəlb olunub, daha 3 nəfər könüllü olaraq, 13 nəfər isə qarışıqlıqlarda iştirak etməkdə şübhəli bilinən vətəndaşlar sorğulanıb. Digər 7 nəfərin ölkəni tərk etməməsi qaərarı çıxarılıb. Qalan 11 nəfərin saxlanılması üçün isə əməliyyat-axtarış tədbirləri görülür.