Ölkəmizdə "ASAN Xidmət" modelinin tətbiqi ilə bağlı ciddi işlər aparılır

19 İyul 2019 12:33 (UTC+04:00)

"Azərbaycan süni intellektin tətbiqi sahəsində BMT ilə sıx əməkdaşlıq edir". SİA xəbər verir ki, bunu "Dövlət Sektorunda Rəqəmsal Transformasiya və İnnovasiyalar" proqramının açılış mərasimində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Agentliyin sədri bildirib ki, dövlət sektorunda innovasiyalar dünya üçün yeni bir sahədir.
"Bu günə qədər "ASAN Xidmət"ə 30 milyondan çox müraciət daxil olub və bu da o deməkdir ki, "ASAN xidmət" milyonlarla insana xidmət edir. Müasir texnologiyalar sürətlə inkişaf edir. Bəzi inkişaf etmiş ölkələrdə süni intellekt tətbiq edilir və Azərbaycan da bu sahədə geridə qalmayıb, ölkəmizdə hazırda bu istiqamət inkişaf edir. Hazırda 10 ölkədə "ASAN Xidmət" modelinin tətbiqi ilə bağlı ciddi işlər aparılır və sazişlər imzalanır", -deyə Ülvi Mehdiyev bildirib.
Ü.Mehdiyev xüsusilə vurğulayıb və nəzərə çatdırıb ki, innovasiyaların dövlət sektorunda tətbiqinə başlamağa çalışan və buna maraq göstərən ölkələr arasında Azərbaycan artıq ön sıralardadır: "Hələ bir çox ölkələr dövlət xidmətləri sektorunda inovasiyaların tətbiqinə başlamayıb və yaxud, bu, çox az səviyyədədir. Hələ ulu öndər Heydər Əliyevin vaxtında elektron xidmətlərin yaranması ilə bağlı fərman və sərəncamlar imzalanıb. Sonralar bununla bağlı Dövlət Proqramı qəbul edilib. Bu gün MY gov artıq praktik xidmətlərə keçən platformaya çevrilib. Bu, vətəndaşların rifahının yüksəlməsində böyük rol oynayır".

azırda bu istiqamət inkişaf edir. Hazırda 10 ölkədə "ASAN Xidmət" modelinin tətbiqi ilə bağlı ciddi işlər aparılır və sazişlər imzalanır", -deyə Ülvi Mehdiyev bildirib.