Mübariz Qurbanlı Qaxda vətəndaşları qəbul edəcək ANONS

19 İyul 2019 12:16 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 25-də Qax rayonunun sakinlərini qəbul edəcək. Qəbul Heydər Əliyev Mərkəzinin inzibati binasında ( Qax şəhəri, N.Nərimanov pr. 4 ) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.