“Qəbələ”nin rəqibi müəyyənləşib

19 İyul 2019 10:50 (UTC+04:00)

UEFA Avropa Liqası turnirində mübarizəyə ikinci mərhələdən başlayacaq “Qəbələ”nin rəqibi müəyyənləşib. AFFA-dan SİA-ya verilən məlumata görə təmsilçimiz Tbilisi “Dinamo”su ilə qarşılaşacaq.

Bu komandalar arasında ilk oyun iyulun 25-də Qəbələdə, cavab qarşılaşması isə avqustun 1-də Tbilisidə keçiriləcək.