Türkiyə gəmisində güclü yanğın baş verib

18 İyul 2019 23:51 (UTC+04:00)

Türkiyədə Çanaqqala-Eceabad xətti ilə hərəkət edən gəmidə güclü yanğın baş verib.

SİA xəbər verir ki, yanğın sərnişin və minik maşınları daşıyan “Karahasan-2” adlı gəminin mühərrik hissəsində baş verib. Hadisə limana yaxın baş verdiyi üçün göyərtədəki 98 sərnişini və heyət üzvlərini təxliyə etməkdə böyük çətinlik olmayıb. Gəminin limana yaxın ərazidə lövbər saldığı bildirilir.