Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 12 idmançı təmsil edəcək

19 İyul 2019 00:37 (UTC+04:00)

İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında Azərbaycanı 12 idmançı təmsil edəcək. Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, bu mötəbər yarışda səkkiz oğlan cüdoçu – İsmayıl Qənbərli (50 kq), Şükran Zamanlı (55 kq), Turan Bayramov (60 kq), Mətin Rzazadə (66 kq), Vüqar Talıbov (73 kq), Məhərrəm İmamverdiyev (81kq), Ruslan Nəsirli (90 kq), Hüseyn Məmmədov (+90 kq) iştirak edəcək. Qızların yarışında isə dörd cüdoçu - Gülşən Bəşirova (44 kq), Səbinə Əliyeva (48 kq), Aytac Qardaşxanlı (57 kq), Nərmin Əmirli (70 kq) güclərini sınayacaqlar.

Həm oğlanlar, həm də qızlardan ibarət cüdo millimizin üzvləri dörd gün ərzində medallar uğrunda mübarizə aparacaqlar. Festival çərçivəsində cüdo yarışları iyulun 24-də start götürəcək. Fərdi mübarizələrdən sonra iyulun 27-də qarışıq komanda yarışı keçiriləcək.