ABŞ hökuməti İraqdakı iki silahlı dəstə liderinə sanksiya tətbiq edib

18 İyul 2019 23:03 (UTC+04:00)

ABŞ hökuməti İraqda fəaliyyət göstərən iki iranpərəst silahlı dəstənin liderlərinə sanksiya tətbiq edib. “Report” “Arab News”a istinadən xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens İrana arxalanan silahlı qrupların terror yaymasına qarşı fəaliyyətsiz qalmayacaqlarını bildirib.

Həmin şəxslərin adları açıqlanmır. ABŞ-ın Maliyyə Nazirliyi İraqda insan hüquqlarını pozmaqda və korrupsiyada şübhəli bilinən dörd nəfər silahlı dəstə liderinə qarşı sanksiya tətbiq etdiklərini açıqlayıb.