Türkiyə Superliqasında yeni mövsüm nə zaman başlayır?

18 İyul 2019 23:24 (UTC+04:00)

Futbol üzrə Türkiyə Superliqasında yeni mövsümün başlama tarixi müəyyənləşib. Türkiyə Futbol Federasiyasının saytında yer alan görə, qardaş ölkədə 2019/2020 mövsümünə avqustun 16-ı start veriləcək, 2020-ci il mayın 17-i yekun vurulacaq. Superliqada ilk turun oyunları 16-19 avqust tarixlərində keçiriləcək.

Çempionatın ilk dövrəsi dekabrın 30-u başa çatacaq, gələn il yanvarın 17-i isə ikinci dövrə başlayacaq.