İranda qadınların stadiona girməsinə icazə verildi!

18 İyul 2019 22:33 (UTC+04:00)

İran Futbol Federasiyası ölkənin qadınlarının DÇ-2022-nin seçmə mərhələsininin matçlarının stadiondan izləməyinə icazə verib. Qol.az-ın "Punich" nəşrinə istinadən yaydığı xəbərə görə, FİFA-dan bildirilib ki, bununla bağlı prezident Canni İnfantinonun məktubuna federasiyanın rəhbəri Mehdi Taca müsbət cavab verib. Ancaq qərarın qüvvəyə minməsi üçün İran hökümətinin razılığı lazımdır.

Qeyd edək ki, 1981-ci ildən etibarən İranda qadınların futbol matçlarına getməyinə qadağa qoyulub. Bu ölkənin millisi DÇ-2022-nin seçmə mərhələsində İrak, Bəhreyn, Kamboca və Honkonqla bir qrupda yer alıb. Xatırladaq ki, FİFA prezidenti C.İnfantino iranlı qadınların stadiondan oyun izləməyinə icazə verilməsi üçün İran Futbol Federasiyasına məktub göndərmişdi.