"Atletiko" 25 milyon avroya futbolçu transfer edib

18 İyul 2019 21:31 (UTC+04:00)

"Atletiko" heyətinə yeni futbolçu cəlb edib. İspaniya klubunun rəsmi saytında yer alan xəbərə görə, Madrid təmsilçisi "Espanyol"un müdafiəçisi Mario Hermosonu alıb. 24 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

İspaniya mətbuatı bu transfer üçün "Atletiko"nun 25 milyon avro təzminat ödədiyini yazıb. Qeyd edək ki, M.Hermoso 2017-ci ildən "Espanyol"da oynayırdı.