"Fənərbaxça" Tolqa Ciyərci ilə müqaviləni uzadıb

18 İyul 2019 19:37 (UTC+04:00)

"Fənərbaxça" yarımmüdafiəçisi Tolqa Ciyərci ilə müqavilənin müddətini artırıb. Klubun rəsmi saytında yer alan xəbərə görə, 27 yaşlı oyunçu ilə yeni 1 illik anlaşma imzalanıb. Futbolçu 2019-2020 mövsümünü də İstanbul təmsilçisində keçirəcək. Qeyd edək ki, Tolqa "Fənərbaxça"ya ötən mövsümün əvvəlində "Qalatasaray"dan transfer olmuşdu.