Sevinc Seyidova: “Müxalifət düşərgəsində dərin böhran yaranıb” RƏY-ÖZƏL

18 İyul 2019 17:06 (UTC+04:00)

“Bu gün müxalifət düşərgəsində dərin böhranın yaşandığı heç kimə sirr deyil”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib. Onun sözlərinə görə, bun əsas səbəblərindən biri ölkəmizdə həyata keçirilən dərin islahatlar fonunda xalq-iqtidar birliyinin daha da möhkəmlənməsidirsə, digər mühüm amil müxalifətdə təmsil olunanların şəxsi ambisiyalarıdır: “AXCP sədri Əli Kərimli partiya sədri olduğu dövrlərdən özünün müttəfiqlərinə qarşı ikili oyunları ilə yadda qalıb. Əbülfəz Elçibəy, İsa Qəmbər, Rüstəm İbrahimbəyov nümunələri yaddan çıxmayıb. Bir neçə il əvvəl Milli Şura adı altında yaratdıqları təşkilatdan hər kəsi uzaqlaşdıraraq özünü müxalifətin vahid lideri kimi göstərməyə çalışdı. Bu missiyanı həyata keçirtmək üçün Cəmil Həsənli amilindən istifadə etdi. Artıq Cəmil Həsənlinin varlığını özünə təhlükə görən Əli Kərimli ondan da canını qurtarmağa çalışır. Müxalifətin indiki böhran şəraitində isə özünü yenə də məsuliyyətdən kənarda saxlamaq üçün hədəf olaraq Cəmil Həsənlini önə sürür. Bu proseslərin hansı sonluqla nəticələnəyini zaman göstərəcək. Lakin ikili arasındakı münasibətlərdə gərginliyin artacağını söyləyə bilərik”.

sia.az