Əli Kərimlinin cəzalandırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq

18 İyul 2019 15:41 (UTC+04:00)

Kərimlilər nəslinin ağsqaqalı Nuhəli Kərimov nəzərdə tutduqları planın detallarını açıqladı

Müxalifətdaxili qarşıdurmalar dərinləşdikcə, partiyalardan yeni qopmalar baş verməkdədirş Xüsusilə də, AXCPvə Müsavatdan istefalar daha geniş xarakter daşımaqdadır. Bu da, sözügedən partiya yetkililərinin radikal, milli və dövlətçilik maraqlarına zidd siyasət aparmaları ilə bağlıdır. Son günlərin proseləri təsdiq edir ki, ümumilikdə 1 ay ərzində AXCP-dən Ə.Kərimlinin idarəçiliyinə, fəaliyyətdəki uğursuzluqlara etiraz əlaməti olaraq 500-dən çox cəbhəçi istefa verib. Ə.Kərimli isə hiyləgəlik edərək, istefaları örtələm üçün iddia edir ki, gutya istefa verənlərin əvəzinə partiyaya yeni üzvlər qəbul olunur. Ümumiyyətlə AXCP-dən qopmalar baş verəndə Ə.Kərimli bu cür xəbərlər dövriyyəyə buraxılır. Halbu ki, o “yeni üzvlər”in kimliyi, ad və soyadları qeyd olunmur. Bu isə AXCP sədrinin yalana əl atıb, insanları aldatmağa çalışdığını göstərir. AXCP sədri Ə.Kərimlinin əmisi oğlu, “Azərbaycan fermeri”qəzetinin baş redaktoru Nuhəli Kərimov bizimlə söhbətində bildirdi ki, əmisi oğlunun anormal hərəkətlərindən bütün nəsl xəcalət hissi keçirir və onun islah olunması üçün yollar atayırlar: “Təəssüf ki, bu adam yalan və böhtandan çox istifadə edir. Xarici qrantlar əldə etmək üçün milli və dövlətçilik maraqlarını satmağa çalışır. Bunun bir adı var- xəyanət və satqınlıq”.

“Xalqı ƏliKərimli sifətli erməni maraqlarına xidmət edən “siyatəçilər”i yaxşı tanıyır”

N.Kərimovun sözlərinə görə, Azərbaycan xalqı Ə.Kərimli sifətli erməni maraqlarına xidmət edən “siyatəçilər”i yaxşı tanıyır və onların ötən əsrin 90-cı illərdə Azərbaycanda yaratdıqları xaos və özbaşınalığı, böhranlı vəziyyəti yaxşı xatırlayırlar: “O dövrü yaşayan hər kəs və kitablardan, qəzetlərdən oxuya və televiziyalardan izləyən gənc nəsil yaxşı bilir. AXC-Müsavat cütlüyünün səriştəsiz ünsürlərinin yarıtmaz siyasətləri səbəbindən dövlət müstəqilliyimiz

məhv olmaq ərəfəsində idi, iqtisadi, siyasi sahə də çöküş hökm sürür, xalqın sabaha olan inamı sarılmızşdır, Birmənalı şəkildə demək olar ki, Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü il də xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtmasaydı, bugünkü müstəqil və müasir Azərbaycandan söhbət belə gedə bilməzdi. Bu reallıqğı onlarda anlayır və etiraf edirlər. O dövrün çətin və ağır dövrünü yaşamış insanlar bugünkü sabitliyi o xaosa dəyişmək fikrində ola bilməz”.

N.Kərimov onu da bildirdi ki, Ə. Kərimli ilə bir kökdən yaranmışıq, qohumluğumuz da, şübhəsiz, var: "Ancaq Əli Kərimlinin apardığı bugünkü siyasətə yox deyirəm. Onun siyasəti uğursuzdur və o, davamlı olaraq uğursuzluq içərisində batır. AXCP deyilən partiyada bir zamanlar tanınmış simalar var idi. İndi isə onların heç biri yoxdur. Bütün bunlar Əli Kərimlinin uğursuz siyasətinin nəticəsidir. Bir partiyanı idarə edə bilməyən Əli Kərimli bu gün ölkədə prezidentlik uğrunda mübarizə aparır. Bu, çox gülməlidir. Kərimlilər nəslinin ağsaqqalı mənəm. Əli Kərimlinin ağsaqqalı kimi ona bacardığı işin dalınca getməyi tövsiyə etmişəm. Deyirəm ki, bacardığın işin dalınca get. Dövləti idarə etmək sənlik deyil. Savadlı adam ola bilərsən, ancaq savad prezident olmaq üçün bir çox göstəricilərdən biridir".

“Əli Kərimli satqınlığının bədəlini ödəyəcək”

N.Kərimov onu da qeyd etdi ki, Ə.Kərimlidə heç bir müsbət göstərici yoxdur: "Əli Kərimli 1993-cü ildə hakimiyyətdə olduğu zaman respublikamızı elə bir iflic vəziyyətə saldı ki, Ulu Öndər Heydər Əliyev kimi nəhəng adam, xalqın çağırışı ilə ikinci dəfə hakimyyətə gəlişindən sonra bütün iradəsini, təcrübəsini bir yerə qoyaraq, Azərbaycanı çətinliklə xilas edə bildi. Ə.Kərimlilərin yenidən ölkəmizi iflic vəziyyətinə salmasını düşünməsini xəyanət kimi qəbul edirəm. Gəncləri mitinqə çağırır, ictimai-siyasi sabitliyi pozmaq istəyir. Çıxır mitinqlərdə boş-boş vədlər verir. Bütün bunlara yol verməyəcəyik. Ə. Kərimli kimi insanlar ölkəni şəxsi məqsədlərinə qurban vermək istəyirlər. Məqsədləri yalnız öz şəxsi mənafeləridir. Bu gün hər bir azərbaycanlı xalqımızın birliyinə çalışmalıdır. Əli Kərimliyə bir daha onun ağsaqqalı kimi deyirəm ki, xəyallarını, yuxularını danışmaqla, insanları aldatmasın. Nə zamana qədər o,Ulu Öndər Heydər Əliyevin haqqını itirəcəksə, əmim oğlu olmasına baxmayaraq, onun siyasi fəaliyyətini rədd edəcəm. Ə.Kərimli kimilər heç klub müdiri olmağa yaramır, nəinki böyük iddialarda ola".

N.Kərimov onu da bildirdi ki, çirkab içində olan Ə.Kərimli sosial şəbəkələrdə trolları vasitəsi ilə xalqın adət-ənənəsini, milli dəyərlərini təhqir edir: “Bu gədə-güdə sosial şəbəkələri söyüş məkanına çeviriblər. Bu cür anormal mövqei ilə Ə.Kərimli cəmiyyəti özündən və müxalifətdən iyrəndirir. Cəmiyyətdə fikir formalaşdırır ki, ondan başqa müxalifət yoxdur. Sosila şəbəkələrin imkanlarından istifadə

edən Ə.Kərimli və trolları insanları hədəfə alıb, onların şərəf və ləyaqətlərini təhqir edirlər. Artıq sübuta yetirilib ki, Ə.Kərimlinin çoxsaylı saxta profilləri var. Bu saxta profillər vasitəsi ilə o insanları təhqir edir. Qətiyyətlə demək olar ki, sosial şəbəkələrdə saxta profillər ənənəsini Ə.Kərimli gətirib. Bu insan öz şərəfini və ləyaqətinin ıpula satan adamdır. Artıq o AXCP adlı oyuncaq qrumu siyasi bir mübarizə metodu deyil, şəxsi obyekti kimi istifadə edir. Həm də, siyasətə gəlir mənbəyi kimi baxır. Təbii ki, bu gün ölkəmizdə mövcud olan sabitliyin pozulması Azərbaycanın dağıdıcı müxalifətinə və xarici qüvvələrə lazımdır. Ə.Kərimli və onun kimi müxalif partiya sədrləri xarici kəşfiyyatın əlaltısı olmağa üstünlük verir və müxtəlif iyrənc vasitələrlə mövcud ictimai-siyasi sabitliyi öz maddi maraqları naminə pozmağa cəhd edirlər. Ancaq İ.Qəmbər, Cəmil Həsənli, Ə.Kərimli , A.Hacılı və digərləri bilməlidirlər ki, ölkəmizdə möhkəm əsaslara söykənən sabitliyi pozmaq qeyri-mümükndür, həm də xalq-iqtidar birliyi möhkəm əsaslara söykənir. Ə.Kərimli meydan təfəkkürlü necə ki, 30 ildə dəyişməyibsə, bundan sonra da dəyişməyəcəyi şübhəsizdir. Çünki, “quyuya su tökməklə, quyu sulu olmaz” məsəli səbəbsiz yer deyilməyib”.

“Yeni Azərbaycan Partiyasından başqa bu gücə və imkana malik partiya yoxdur”

N.Kərimov müxalifətin mitinqlər keçirmək istəyinə də münasibət bildirib. “Azərbaycan fermeri” qəzetinin baş redaktoru qeyd edib ki, xarici maraqlı qüvvələrin istək və tələblərinə uyğun olaraq, irəli sürülən təklifləri elə müxalifət düşərgəsində rədd edildiyindən, liderçiklər küçə yürüşləri və mitinqlər keçirtmək iddiaları ilə çıxış edirlər: “Amma reallıq budur ki, həmin aksiyalar iflasla nəticələnir. Bu isə, o deməkdir ki, müxalifət düşərgəsində təmsil olunan partiya sədləri ilə onların xaricdəki ağaları arasında ciddi ixtilaflar yaranır. Məhz bu ixtilafların nəticəsidir ki, xarici qüvvələr müxalifətlə bəzi məsələlərdə əməkdaşlıq etməkdən imtina edirlər. Bu günlər "Milli Şura"nın sədri Cəmil Həsənlinin, eləcə də, Müsavat başqanı Arif Hacılının Avropaya səfərlər etmələri, məhz yaranan ixtilafların aradan qaldırılması üçün hesablanan səfərlər olub. Ancaq reallıq budur ki, artıq xarici qüvvələr heç bir işə yaramayan, sadəcə, aldıqları maliyyə yaradımalarını silməklə məşğul olan müxalifətlə iş birliyinə getməkdən imtina edirlər. Onlar özlərinə hörmət belə

etmirlər. Çünki, dərk edirlər ki, xarici maraqlı dairələr onlarala iş birliyi qurmaq istəmir ancaq yenə də onlar özlərini satışa çıxartmağa çalışırlar. Bu isə iyrəc haldır, ittihama layiqdir. İstəklərə nail olmaq üçün xarici ölkələrdən imdad diləməkdənsə, hər şeydən əvvəl, mənsub olduğun ölkə vətəndaşlarının rəğbətini qazanmaq lazımdır. Öz ölkənin daxili dəstəyini qazanmayan heç bir siyasi qüvvənin dayanıqlı uğur qazanması mükün deyil. Partiyaların real gücü vəsiqələr, üzvlük biletləri və sairlə müəyyən edilmir. Siyasi təşkilatların gücü nizamnamə çərçivəsində fəaliyyət göstərmələri ilə ölçülür. Bu gün Azərbaycanda xalqın partiyası olan Yeni Azərbaycan Partiyasından başqa bu gücə və imkana malik partiya yoxdur. Düşünmürəm ki, uzun illər bundan sonra da YAP-a alternativ ola biləcək təşkilat olsun. Azərbaycanın bu günü və sabahı, xöşbəxt və firavan həyatı Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və öölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi rəhbərliyi ilə apardığı müdirik siyasətlə bağlıdır”.

İ.ƏLİYEV