Yasamalda “Mercedes” yanıb

18 İyul 2019 14:17 (UTC+04:00)

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakı şəhərinin Yasamal rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən SİA-ya məlumat verilib.

Bildirilir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.