Erməni pulu başa necə düşür? TƏRS BAXIŞ-ÖZƏL

18 İyul 2019 12:27 (UTC+04:00)

Neçə illərdir ki, Avropanın küçə-bazarlarında, tualet və pritonlarında “özünəməxsus siyasət” aparan əməlli-başlı gəda-güdaların üzə çıxan yeni videoları əslində şok doğurmaya bilməzdi. Bilməzdi ona görə ki, həmin gəda-güdalar gecə-gündüz sosial şəbəkələrdə “vətən”, “millət”, “qeyrət”, “namus”, “azadlıq”, “istefa” deyə boğazları yırtılana qədər bağırdıqları halda, onların küylərinə gedib hazırda da həbsdə olan “aldadılmış kəvakiblər” bu günün özündə hücrələrində “balanda” yeyirlər. Amma bunlar...

Linkə bax:

https://www.youtube.com/watch?v=H4bM1jkNxNE

Bunlar kabab yeyib, erməni əmi-dayılarından “qrant” adı altında aldıqları avroları kef məclislərində bir-birlərinin başlarına səpirlər. Bəli, Avropa və kef məclisi... Ancaq kef edənlər heç də fransızlar deyil, necə ki, “fransız xalqı Baden-Badendə kef edir” tipli ifadəyə əsasən. Kef edənlər Əli Kərimlinin vaxtilə “İŞİD”i Azərbaycana baş kəsməyə dəvət edən doğmaca əmisi oğlu İnqilab Kərimovdur ki, digər kef edən Məhəmməd Mirzəlinin başına həmin o erməni pullarını səpələyir. Hələ ötən əsrin 90-larında toylarda şabaş səpmək kimi bir mənasız ənənə var idi ha, bax onun kimi, özü də avro ilə. Məncə, hazırkı dövrdə avronun məzənnəsini kiməsə xatırlatmağa ehtiyac yoxdur. Amma yəqin ki, Əli Kərimliyə bu xatırlatmanı etməyə ehtiyac var. Ona görə ehtiyac var ki, son günlər “miqrant alveri” məsələsində danılmaz, köklü faktlar ortaya çıxmağa başlayıb. Yeri gəlmişkən, kef edib, erməni pulunu havaya sovuranlar arasında elə AXCP sədrinin sağ əli, “siyasi mühacir” biznesinin baş alverçisi, xüsusi şərəfsizliyi və qeyrətsizliyi ilə tanınan Fikrət Hüseynli də var. Mən hələ Seyran Rəfiyev adlandırılan digər şərəfsizlik simvolunu demirəm...

Beləliklə, Avropanın hansısa dalanında maşınlarını saxlayıb kef məclisi düzəldən bu şərəfsizlər yığnağının hər biri AXCP sədri Əli Kərimli tərəfindən az qala “mübariz mələk” kimi təqdim olunaraq, “Milli Şura”nın mitinqlərində yığışıb “siyasi mühacir” olmaq istəyən kəslərə təqdim olunurdu. Niyə də olmasın? Məgər Kərimlinin mitinqlərində avropalı olmaq istəyənlərin erməni pulu qazanıb da, kef etməyə ixtiyarları, haqları yoxdurmu?!

Ancaq öz aramızdır, istər-istəməz belə bir sual yaranır ki, gecə-gündüz monitor, klaviatura arxasında özlərini “məzlum”, “əzabkeş”, “yazıq”, “binəva”, hətta BAKİRƏ kimi təqdim edən bu kişiciklərin harın, bəzi müftəxor məmur balalarından nələri ilə fərqlənirlər? Fərq birdir – ermənilərin filan-fülan yerlərinə dəsmal çəkməklə, öpüb və gözlərinin üstünə qoyub, əvəzində “qrantlar” qoparmaqla. Belə baxanda, bəzi məmurların harın balaları bunlardan pakdırlar...

Və yenə də öz aramızdır, Əli Kərimlinin sağ və sol əlləri bir-birlərinin lazımsız başlarına avro səpərkən, onların vicdanları sızlamadımı? Məncə yox, çünki sızlamaq üçün adamda, kişidə gərək ki, vicdan ola. O isə yoxdur bunlarda. Ona görə də Əli Kərimlinin güdazına həbsə düşüb, sıxıntıda olan, “siyasi məhbus” adlandırdıqları şəxslərə bir qəpik də olsa göndərmirlər. Hərif-zad deyillər ki, hazır öz boş başlarına səpərlər də erməni əmi-dayılarının onlara peş-kəş etdikləri avrolarını.

Bəlkə də onlar bu vasitə ilə “erməni dəyirmanına su tökmək” ittihamlarını üzərlərindən atmağa çalışıblar, ancaq əksinə, daha da sübut ediblər ki, əslində elə erməni ən çox pulunu yeyən də bunlarıymışlar – şərəfsizlər, ləyaqətsizlər və mənəviyyatsız ünsürlər yığnağı...

Rövşən RƏSULOV

P.S. Əli Kərimlinin adamlarının başlarına elə erməni pulu yaraşırmış...