Lerikdə YAP gəncləri flaşmob təşkil ediblər

18 İyul 2019 12:07 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Gənc liderlərin yay məktəbləri" layihəsinin II tur Lerik iştirakçıları ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə flaşmob təşkil ediblər.

"H.Ə.∞" hərflər və sonsuzluq işarəsində düzülməklə Ulu Öndər Heydər Əliyevin daim xalqımızın qəlbində yaşayacağına, ideyalarının əbədi olaraq Azərbaycanımızı inkişaf etdirəcəyinə, daim Heydər Əliyev siyasətinə sadiq qalacaqlarına əminliklərini ifadə ediblər.