Gənclər və idman naziri velosipedçilərlə görüşüb FOTO

18 İyul 2019 10:53 (UTC+04:00)

İyulun 21-27-də Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalına (EYOF) hazırlıq prosesi ilə
yaxından tanış olmaq üçün idman obyektlərinə baxış keçirən Gənclər və İdman naziri Azad Rəhimov bu gün Veloparkda olub. Gənclər və İdman Nazirliyindən SİA-ya verilən məlumata görə, EYOF-un velosiped yarışlarının start və finiş nöqtələrinin yerləşdiyi bu idman qurğusunda görülən işlərlə bağlı ətraflı məlumat aldıqdan sonra nazir mötəbər yarışda iştirak edəcək velosipedçilərimizlə görüşüb, onlara uğurlar arzulayıb.

EYOF proqramına əsasən, iyulun 23-də fərdi, 25-də isə qrup ötüşməsi üzrə qaliblərin adına aydınlıq gələcək. Azərbaycan bu yarışda Əbdürəhmanova, Gülşən İsmayılova, Məleykə İsgəndərova, Nikita Sıtov, Mustafa Muxtarlı və Nofəl Nuriyevlə təmsil olunacaq.