Murad və Ülviyyə bundan sonra aparıcılıq edəcək

18 İyul 2019 14:25 (UTC+04:00)

“Vicdan haqqı” serialında rol alan evli cütlük Murad İsmayıl və Ülviyyə Xəlilbəyli bundan sonra aparıcılıq da edəcək. SİA-nın məlumatına görə, onların aparıcısı olduğu proqram isə “Şarm +” adlanır.

Bu barədə cütlük sosial media hesablarında məlumat veriblər. Lakin Murad və Ülviyyə paylaşlarında verilişin formatı və hansı kanalda yayımlanması barədə heç nə yazmayıblar.