“Taliban” daha bir generalı qətlə yetirib

18 İyul 2019 07:47 (UTC+04:00)

Əfqanıstan Milli Ordusunun generalı "Taliban" radikal hərəkatının tərəfdarları olan əsgərlər tərəfindən qətlə yetirilib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, öldürülən general Əbdül Mubin Müctəba Qazni əyalətində yerləşən ordu dəstəsinə komandanlıq edib.

Bildirilir ki, general Qazni və Kandaqar əyalətləri arasındakı avtomobil yolunda qətlə yetirilib.

Məlumata əsasən, hücumda iki əsgər iştirak edib. Onlardan biri öldürülüb, biri isə yaralıdır.